1,2,3,4,5) O səflər halında düzülən/düzən, sonra da hayqırıb sürüyən, hayqırıb sürüdükdən sonra da öyüd oxuyan Quran ayələri dəlildir ki, sizin məbudunuz həqiqətən Birdir. O, göylərin, yerin və onların arasında olanların Rəbbidir. Məşriqlərin də Rəbbidir.
6,7,8,9,10) Həqiqətən Biz ən alt səmanı ulduzların ziynetiyle bəzədik. Qurandan az da olsa faydalananlar və -raketlə kosmosa çıxanlar xaricində- davamlı səy içində olan, hər kəs tərəfindən lənətlənən və Qurana qulaq verməyən bütün zehni qabiliyyətlərdən qoruduq; onlar kosmosda işə yaramaz, fəaliyyət göstərə bilməz.[#234]
11) İndi onlardan soruş: "Xilqət baxımından onlar daha çətindir, yoxsa Bizim əmələ gətirdiyimiz kəslər?" Şübhəsiz ki, Biz onları sulu yapışqan palçıqdan yaratdıq.
12,13,14) Əslində sən heyrət etdin, onlar isə istehza edirlər. Onlara öyüd-nəsihət verildiyi zaman öyüd-nəsihət qəbul etmirlər. Və bir ayə gördükləri zaman istehza edərlər.
15,16,17) Və onlar: "Bu, açıq-aydın sehrdən başqa bir şey deyil. Öldükdən və torpaq, sümük olduqdan sonra, həqiqətən mi biz təkrar dirildiləcəyikmi? Əvvəlki atalarımız da, eləmi?" deyirlər.
18) De ki: "Bəli, siz də çox alçaldılmış olaraq dirildiləcəksiniz..."
19,20) Artıq o, çətin bir hayqırışdan ibarətdir. Bir də baxmısan ki, onlar qarşıda durublar. Və "Vay halımıza! Bax bu, Din günüdür!" deyirlər.
21) -"Bax bu, sizin yalan hesab etdiyiniz Ayırd etmə günüdür!"-
22,23,24,25) Yığın o şirk qoşaraq səhv; öz zərərinə olan əməli işləyənləri, onların taylarını və Allahın altındakılardan ibadət etdikləri şeyləri. Sonra da onları cəhənnəmin yoluna yönləndirin. Və dayandırın onları, sözsüz ki, onlar sorğu-sual olunacaqlar: "Nə oldu sizə, bir-birinizə kömək etmirsiniz?"
26) Əksinə, bu gün onlar təslim olmuşlar.
27) Və onların bəzisi bəzisinə dönmüş/üz-üzə gəlmiş, bir-birlərindən soruşurlar/məsuliyyəti bir-birlərinə atırlar.
28) Onlar: "Şübhəsiz ki, siz bizə sağ əldən/haqq yoldan/yaxşı mövqedən/gücdən-qüvvətdən gəlirdiniz" deyərlər.
29,30,31,32) Digərləri deyərlər ki: "Tam tərsinə, siz möminlər olmamışdınız. Bizim sizə qarşı bir gücümüz də yox idi. Tərsinə, siz azmış bir tayfa idiniz. Onun üçün də Rəbbimizin Sözü[#235] bizim üstümüzdə haqq oldu. Şübhəsiz ki, biz dadanlarıq. Sonra Biz sizi yoldan çıxartdıq. Çünki biz yoldan çıxaranlar idik."
33) O halda şübhəsiz ki, onlar o gün əzab çəkməkdə şərikdirlər.
34) Şübhəsiz, Biz günahkarlara belə edərik.
35,36) Şübhəsiz, onlar, özlərinə: "Allahdan başqa məbud yoxdur" deyildiyi zaman təkəbbür göstərir və "Şübhəsiz ki, biz, gizli gücləri olan/dəli bir şairdən ötrü məbudlarımız tərk edərikmi?" deyirlər.
37) Əksinə, o, haqq olaraq gəldi və bütün peyğəmbərləri təsdiqlədi.
38,39) Şübhəsiz, siz, o şiddətli əzabı dadacaqsınız və ancaq etdiyiniz əməllərin cəzasını alacaqsınız.
40) Allahın pak qulları bunun xaricindədir.
41,42,43,44,45,46,47,48,49) Məhz Allahın pak qulları üçün müəyyən bir ruzi/meyvələr var. Bol nemətli cənnətlərdə qarşı-qarşıya taxtlar üstündə [onları] qonaq edəcəklər. İçənlərə ləzzət verən, çeşmədən doldurulmuş, zərərli bir tərəfi olmayan, sərxoşluq da verməyən dümağ bir qədəhlə onların ətrafında gəzib dolaşanlar olacaq. Onların yanında gözlərini onlara dikmüş iri gözlülər var. Qorunub saxlanmış yumurta kimidir onlar.
50) Sonra da bəzisi bəzisinə dönüb bir-birlərindən soruşarlar.
51,52,53) Onlardan biri deyər ki: "Şübhəsiz ki, mənim 'Sən həqiqətən, qəti surətdə bunu təsdiq edirsənmi? Öldükdən və torpaq, sümük olduqdan sonra, həqiqətən [etdiklərimizin] əvəzini görəcəyik?' deyən bir yaşıdım/yaxın dostum var idi."
54) Dedi ki: "Siz onu tanıyan, bilən birisinizmi?"
55) O halda, özü onu tanıdı və onu cəhənnəmin düz ortasında gördü.
56,57,58,59) Dedi ki: "Allaha and olsun ki, sən az qala məni dəyişikliyə/məhvə məruz qoyacaqdın. Əgər Rəbbimin lütfü olmasaydı, həqiqətən mən də bu gətirilənlərdən olacaqdım. Yaxşı, necə olurmuş, bax! Biz ilk ölümümüzdən başqa bir daha ölməyəcəkdik, eləmi; bir daha dirildilməyəcəkdik, eləmi? Biz, əzab da görməyəcəkdik, eləmi?"
60) Şübhəsiz, bax bu, böyük qurtuluşun özüdür.
61) Artıq səy göstərənlər yalnız böyük qurtuluş kimi bir qurtuluş üçün səy göstərsinlər.
62) Qonaq olmağa bu daha xeyirlidir, yaxud zəqqum ağacı?
63,64,65) Şübhəsiz, Biz onu şirk qoşaraq səhv; öz zərərinə olan əməli işləyənlər üçün bir imtahan vasitəsi etdik. Şübhəsiz, zəqqum ağacı, cəhənnəmin lap dibindən çıxan bir ağacdır. Tumurcuqları buynuzlu ilanların başı kimidir.
66,67,68) Bax, həqiqətən onlar, ondan yeyəcək və qarınlarını onunla dolduracaqlar. Sonra şübhəsiz onlar üçün, bunun üstündən qaynar suyla qarışıq bir içki var. Sonra da şübhəsiz qayıdacaqları yer həqiqətən cəhənnəmdir.
69) Şübhəsiz, onlar ata-babalarını azmış gördülər.
70) İndi də özləri onların izinə düşüb getdilər.
71) Və and olsun ki, onlardan əvvəlkilərin çoxu azğındı.
72) And olsun ki, Biz onların arasından xəbərdarlıq edən kəslər də göndərdik.
73,74) İndi bir bax, Allahın pak qulları xaricində, xəbərdarlıq edilən o kəslərin aqibəti necə oldu?
75,76,77) Və and olsun ki, Nuh, Bizə səslənib dua etmişdi. -Bax gör Biz nə gözəl cavab veririk!- Biz də Onu və ailəsini, yaxınlarını, inananlarını o böyük fəlakətdən xilas etdik. Və Onun nəslini baqi qalanlardan etdik.
78) Və Biz sonradan gələnlər arasında onun barəsində həmişə qalacaq [xeyirlə xatırlanacaq, nümunə götürüləcək] bir söz qoyduq.
79) -Aləmlər içində Nuha salam olsun!-
80) Şübhəsiz, Biz, yaxşılıq edənlərə belə əvəz verərik.
81) Şübhəsiz, Nuh, Bizim mömin qullarımızdandır.
82) Sonra digərlərini isə suya qərq etdik.
83) Heç şübhəsiz İbrahim də Nuhun firqəsindən idi.
84) O zaman o, Rəbbinə təmiz bir qəlblə gəlmişdi.
85,86,87) Bir vaxt o, atasına və qövmünə: "Siz nəyə ibadət edirsiniz? Allahın altındakılardan bəzi uydurma məbudlarmı istəyirsiniz? Yaxşı, aləmlərin Rəbbi haqqında qənaətiniz nədir?" demişdi.[#236]
88,89) Çünki İbrahim, ulduzlara elə bir nəzərlə baxdı ki! Sonra da 'Şübhəsiz ki, mən sancılıyam/fikir sancısı çəkirəm' dedi.
90) Belə olduqda atası və qövmü, İbrahimə arxalarını çevirərək ondan uzaqlaşdılar/onunla əlaqəni kəsdilər.
91,92,93) Sonra da o, onların məbudlarının yanına gedib "Bəlkə, yeyəsiniz/nəsib alasınız? Sizə nə olub ki, danışmırsınız?" dedi. Dərhal sağ əliylə/andı səbəbiylə bir zərbə ilə yaxınlaşdı.
94) Bir müddət sonra, İbrahimin qövmü qaçaraq İbrahimlə üz-üzə gəldilər.
95,96) İbrahim: "Əlinizlə yonub düzəltdiyiniz şeylərəmi ibadət edirsiniz? Halbuki sizi və düzəltdiyiniz şeyləri Allah əmələ gətirmişdir" dedi.
97) Onlar: "Bunun üçün bir divar hörün/bunu təcrid edin və şiddətlə yanan atəşin/həddindən artıq çətinliyin içinə atın!" dedilər.
98) Onlar, İbrahimə tələ qurmaq istədilər, ancaq Biz onları rəzillərə döndərdik.
99,100) Və İbrahim: "Şübhəsiz, mən Rəbbimə gedəcəyəm, O, mənə yol göstərəcək: Rəbbim! Mənə salehlərdən birini bəxş et!" demişdi.
101) Beləliklə Biz, İbrahimə həlim xasiyyətli bir oğlanı müjdə verdik.
102) Sonra nə vaxt ki, o müjdələnən uşaq özüylə birlikdə qaçacaq vəziyyətə/onunla birlikdə iş görəcək yaşa gəldi, o zaman İbrahim: "Oğlum! Şübhəsiz ki, mən, yatarkən; sakit, durğun vəziyyətdə [olanda] sənə zərər vurduğumu, səni pərişan hala saldığımı görürəm. Bax gör sən nə fikirləşirsən?" dedi. Oğlu: "Atacan! Sənə əmr ediləcək şeyləri et! İnşallah görəcəksin ki, mən sən olmadıqda başıma gələcək bütün çətinliklərə, əziyyətlərə səbr edəcəyəm." dedi.
103,104,105) Sonra nə zaman ki, ikisi də islamlaşdılar və İbrahim, onu alnı üstündə yerə uzatdı [üz üstə buraxdı, çətin vəziyyətdə buraxdı] və Biz ona, "Ey İbrahim! Sən o fikirini həqiqətən təsdiqlədin" deyə xitab etdik...[#237] -Şübhəsiz Biz, yaxşı-gözəl əməl işləyənlərə bax onun kimi əvəz/mükafat verərik.-
106) Şübhəsiz ki, [öz] oğlunu üz üstə buraxmaq işi, həqiqətən açıq-aşkar cəfalı bir imtahan idi.
107) Və Biz İbrahimə, pərişan edəcəyi, zərər çəkməsinə səbəb olacağı bu çox böyük şeyin müqabilində/bu çox böyük şey səbəbiylə bir əvəz/bir bəxşiş verdik.
108) Və sonradan gələnlər arasında onun barəsində həmişə qalacaq [xeyirlə xatırlanacaq, nümunə götürləcək] bir söz qoyduq.
109) Salam olsun İbrahimə!
110) Bax, Biz yaxşı-gözəl əməl işləyənləri onun kimi mükafatlandırırıq.
111) Şübhəsiz, o, Bizim mömin qullarımızdandır.
112) Və Biz ona, saleh bir peyğəmbər olaraq İshaqı müjdə verdik.
113) İbrahimə və İshaqa bərəkət verdik. Hər ikisinin nəslindən də yaxşı-gözəl əməl işləyən [də], açıq-aşkar özünə zülm edən [də] vardır.
114,115) Və and olsun ki, Biz Musa və Haruna da nemətlər verdik. Və o ikisini və qövmlərini o böyük fəlakətdən xilas etdik.
116) Və Biz, onlara kömək etdik, onlar da qalib gələnlərdən oldular.
117) Və Biz, onlara o açıq-aşkar göstərən Kitabı verdik.
118) Və onları düz yola yönəltdik.
119) Və sonrakılar arasında o ikisi üçün [yaxşı ad] qoyduq.
120) Salam olsun, Musa və Haruna!
121) Şübhəsiz, Biz, yaxşı-gözəl əməl işləyənləri belə mükafatlandırırıq.
122) Şübhəsiz, o ikisi Bizim mömin qullarımızdandır.
123) Şübhəsiz, İlyas da həqiqətən göndərilən elçilərdəndir.
124,125,126,127) Bir vaxt o, öz qövmünə: "Siz Allahın mühafizəsi altına daxil olmayacaqsınızmı? Əmələ gətirənlərin ən gözəli, sizin Rəbbiniz və daha əvvəlki atalarınızın Rəbbi Allahı buraxıb da Bəəl [adlı bütə] yalvarırsınız?" demişdi, onlar onu yalançı hesab etmişdilər. Buna görə onlar həqiqətən hüzura gətiriləcəklər.
128) Ancaq Allahın pak bəndələrindən başqa.
129) Və sonradan gələnlər arasında onun barəsində həmişə qalacaq [xeyirlə xatırlanacaq, nümunə götürüləcək] bir söz qoyduq.
130) -Salam olsun bütün İlyas kimi olanlara!-
131) Şübhəsiz, Biz, yaxşı-gözəl əməl işləyənləri belə mükafatlandırırıq.
132) Şübhəsiz, o, Bizim mömin qullarımızdandır.
133) Şübhəsiz, Lut da göndərilən elçilərdəndir.
134,135,136) Bir vaxt Biz, onu və geridə qalıb batanlar arasında olan bədbəxt qadın xaric olmaqla bütün ailəsini xilas etdik. Sonra digərlərini dəyişikliyə/məhvə məruz qoyduq.
137,138) Və siz əlbəttə səhər və gecə onların üstündən keçib gedirsiniz. Hələ də fikirləşmirsinizmi?
139) Əlbəttə Yunus da göndərilən elçilərdəndir.
140) Bir vaxt o, yüklü bir gəmiyə doğru qaçaq bir kölə kimi qaçmışdı.
141) Sonra o, ox ilə püşk atdı, sonra da dəlili ləğv edilənlərdən/iddiası çürüdülənlərdən oldu.
142) Sonra onu "acgözlük-böhran" udmuşdu. O isə peşman olmuşdu.
143,144) Sonra əgər, şübhəsiz, o, Allahı nöqsan sifətlərdən pak tutanlardan olmasaydı, həqiqətən dirildiləcəyi günə qədər böhranın içində qalacaqdı.
145,146,147) Sonra Biz, o fikir sancısı çekerken o'nu sahile attık, o'nu bunalımdan kurtardık: Onun aklına basit, geçici, kısa sürede çözüme kavuşacak birtakım problemler sokmuştuk da. Və Onu, əvvəl yüz min, sonra da daha çox adama elçi olaraq göndərdik.
148) Nəhayət inandılar, belə olduqda, Biz də onlara müəyyən vaxtadək firavanlıq bəxş etdik.
149) İndi soruş onlardan: Qız uşaqları Rəbbinin, oğlan uşaq onlarındırmı?
150) Yoxsa Biz mələkləri dişi yaratmışıq, onlar da şahid olublar?
151,152) Gözünüzü açın! Onlar, şübhəsiz ki, uydurduqları böhtanlara görə "Həqiqətən Allah doğdu" deyirlər. Və heç şübhəsiz ki, onlar həqiqətən yalançıdırlar.
153) Allah, qızları oğlanlardan üstünmü tutmuşdur?
154) Sizə nə olub? Necə hökm çıxarırsınız?
155) Hələ də düşünmürsünüzmü?
156) Yoxsa sizin açıq-aşkar bir gücünüz/dəliliniz var?
157) O halda, əgər doğru kəslərsinizsə, kitabınızı gətirin.
158) Və onlar, Allah ilə gizli güclər arasında bir qohumluq əlaqəsi qurdular. Halbuki, and olsun ki, gizli güclər özlərinin [də] həqiqətən hüzura gətirilənlərdən/məhşərdə bir yerə yığılanlardan olacaqlarını bilirlər.
159) Allah, onların vəsf etdiklərindən pakdır.
160) -Ancaq Allahın pak bəndələri Allahı belə şərik qəbul etmək şəklində vəsf etməzlər.-
161,162,163) Artıq siz və ibadət etdikləriniz, cəhənnəmə özü istəyərək can atan kəslərdən başqa heç kimi, Allaha qarşı atəşə ata bilməzsiniz; şərik qoşmaq işinə cəlb edə bilməzsiniz.
164,165,166) Və "Bizdən hər birimizin həqiqətən müəyyən bir yeri vardır. Və biz həqiqətən səf-səf düzülənlərik/düzənlərik. Biz, Allahı nöqsanlıqlardan pak tutarıq."[#238]
167,168,169) Və onlar şübhəsiz, deyirdilər ki: "Həqiqətən yanımızda əvvəlkilərdən [onlarınkı kimi] bir öyüd-nəsihət/kitab olsaydı, əlbəttə biz də Allahın pak bəndələri olardıq."
170) İndi isə o öyüdü/kitabı ört-basdır etdilər. Artıq tezliklə biləcəklər.
171,172,173) Və and olsun ki, göndərilən bəndələrimiz/elçilərimiz haqqında bizim sözümüz [belə] keçmişdir: "Şübhəsiz ki, onlar, mütləq qalib olacaq. Şübhəsiz ki, Bizim ordularımız mütləq qalib gələcək."
174,175) Artıq sən, müəyyən bir vaxta qədər onlardan üz çevir. Və onları izlə. Onlar da tezliklə görəcəklər.
176,177) Yoxsa indi onlar, Bizim əzabımızın tez gəlməsini istəyirlər? Fəqət əzabımız onların sahəsinə endiyi zaman, xəbərdarlıq edilmişlərin səhəri necə də pis olacaq!
178,179) Yenə sən, müəyyən bir müddət onlardan üz çevir və onları izlə! Onlar da tezliklə görəcəklər.
180) Güç, qüvvət, məğlub olmazlıq, şan və şərəfin Rəbbi olan sənin Rəbbin onların vəsf etdiklərindən pakdır.
181) Və göndərilən elçilərə salam olsun!
182) Bütün təriflər də aləmlərin Rəbbi Allaha məxsusdur; başqasını tərifləmək olmaz.