əş-Şəms

1,2,3,4,5,6,7,8,9,10) Quranı və onun cəmiyyətə saçdığı işığı, Quranın izindən gedən Elçi və mömünləri, Quranın işığı ilə aydınlanan cəmiyyətləri, Quranın işığından məhrum qalan cəmiyyətləri, alimləri və alimləri ucaldan elmləri, qara cahilləri və qara cahilləri bu hala salan prinsipləri və məfhumları, öz mənliyini tapan kəsləri və mənliklərin tapılmasının amillərini,[#62] -Allah, insana azğınlıq etmək və özünü qorumaq instinktlərini/günah işləmək və Allahın mühafizəsi altına daxil olmaq bacarığını təlqin etmişdir; genlərinə kodlaşdırdı- sübut gətirirəm ki, nəfsini təmizləyən həqiqətən nicat tapmışdır. Onu bilə-bilə rədd eləyən isə mütləq ziyana uğramışdır.
11,12,13) Səmud azğınlıq ucbatından təkzib etdi; Bu qövmün Axirətdə ən bədbəxt olacaq kəsləri/liderləri işi öz üzərinə götürüb getdiyində, Allahın elçisi onlara demişdi: "Allahın dəvəsinə diqqət yetirin!" və "Ona su içmək, yaşamaq üçün imkan verin!"[#63]
14,15) Fəqət onlar, onu təkzib etdilər, nəticəsindən qorxmayaraq, baldırından kəsərək Allahın dəvəsini öldürdülər. Rəbbləri də günahları ucbatından onları dəyişikliyə, məhv məruz qoydu, sonra yerlə yeksan etdi.