Səba

1) Bütün təriflər, göylərdə və yerdə olan hər şeyin sahibi olan Allaha məxsusdur; başqasını təfiləmək olmaz. Axirətdə də bütün təriflər ancaq Onun üçündür; başqasını tərifləmək olmaz. Və O, ən yaxşı qanun qoyan, pozulmağın qarşısını yaxşı alan/möhkəm edəndir, hər şeyin iç üzünü, gizli tərəflərini yaxşı biləndir.
2) Allah, yerə girəni və oradan çıxanı da, göydən düşəni də və ora qalxanı da bilir. Və O, geniş mərhəmət sahibidir, qullarının günahlarını çox örtən, onları cəzalandırmayan və çox bağışlayandır.
3,4) Və kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən o kəslər]: "Bizə o qiyamətin qopma anı gəlməyəcək" dedilər. De ki: "Bəli, gələcəkdir. Görünməyəni, eşidilməyəni, hiss edilməyəni, keçmişi, gələcəyi bilən Rəbbimə and olsun ki, iman edən və yaxşılaşdırmaq qayəsi ilə əməl işləyən o kəslərə -bax onlar üçün bir əfv və bol bir ruzi var- əvəzini vermək üçün sizə həqiqətən gələcəkdir. Ondan göylərdə və yerdə zərrə qədər ağırlığı olan heç bir şey qaça bilməz. Ondan daha kiçik və daha böyük nə varsa, hamısı həqiqətən açıq-aşkar bir kitabdadır."
5) Və bu, işarətlərimi/nişanələrimi gizlətməyə çalışanlar; bax onlar üçün ələm verici pis bir əzab var.
6) Elm verilmiş olan kəslər də görürlər ki, Rəbbindən sənə nazil edilən şey, haqqın özüdür. Və o nazil edilən şey/Quran, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olanın, təriflənən, tərifə layiq olanın yoluna bələdçi olur.
7,8) Və kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən kəslər] belə dedilər: "Siz çürüyüb, parça-parça dağıldığınız vaxt, mütləq yeni bir yaradılışda olacaqsınız deyə xəbər verən bir adamı sizə göstərəkmi? O, bir yalanı Allah barəsində uydurdu, yoxsa onun bir dəliliyi var?" Tam tərsi, axirətə inanmayan kəslər, əzab və uzaq bir azğınlıq içindədirlər.
9) Yaxşı, onlar göydən və yerdən önlərində və arxalarında olan şeylərə bir baxmırlarmı? Biz istəsək onları yerə batırarq. Yaxud göydən onların üstünə bir parça salarıq. Şübhəsiz ki, bunda yönələn/haqqa könül verən hər qul üçün bir işarət/nişan var.
10,11) Və and olsun ki, Biz Davuda Öz dərgahımızdan bir üstünlük və quşları verdik; "Ey dağlar! Onunla birlikdə dönün!" Və onun üçün dəmiri yumşaltdıq: Geniş zirehlər düzəlt və düzəldərkən ölçüyə riayət et. -Siz də saleh əməl işləyin. Həqiqətən Mən nə etdiklərinizi ən yaxşı görənəm.-
12) Süleyman üçün də, səhər gedişi bir ay, axşam qayıdışı bir ay olan küləyi ram etdik; və Biz ərimiş mis mədənini ona sel kimi axıtdıq. Və Rəbbinin izni ilə/məlumatı daxilində onun əlinin altında iş görməkdə olan yadları ona ram etmişdik. Və onlardan kim Bizim əmrimizdən çıxıb yoldan azsa, ona şiddətli atəşin əzabından daddırdıq.
13) Onlar, Süleymana xüsusi qərargahlar, heykəllər/şəkillər və hovuzlar kimi çanaqlar və möhkəm dayanan qazanlar kimi hər nə istəsə düzəldirdilər. -Ey Davud ailəsi! Nemətlərin əvəzini ödəmək üçün çalışın! Amma qullarım arasında, verilən nemətlərin əvəzini ödəyən də çox azdır!-
14) Nə zaman ki, Biz onun ölümünü gerçəkləşdirdik; onun öldüyü barədə onlara ancaq əsasını yeyən yer üzü canlısı dəlalət etdi. Onun öldüyünü dərk etmələrinə, sadəcə əsasını yeyən yer canlısı/qurd səbəb oldu. Nə zaman ki üz üstü yerə yıxıldı, məlum oldu ki: "O yadlar bilmədikləri [şeyi, yəni] Süleymanın ölümünü bilmiş olsaydılar, o alçaldıcı əzab; həsrət, qürbət, əsarət içində, ağır işlər altında, zəncirə vurulmuş halda qalmazdılar."[#241]
15) And olsun ki, Səba tayfası üçün yurd tutduqları yerdə bir işarət/nişan var idi: Sağdan və soldan iki bağça! -"Rəbbinizin ruzisindən yeyin və Onun üçün nemətlərin əvəzini ödəyin! Nə gözəl bir diyardır və çox bağışlayan bir Rəbbdir!"-
16) Fəqət onlar üz döndərdilər; nemətlərin əvəzini ödəmədilər. Biz də onların üstünə su anbarlarının suyunu axıtdıq və iki bağçalarını onlar üçün acı meyvəli, yulğun və bir az da "sidr ağacı" olan iki bağçaya çevirdik.
17) Bu, küfr işlədikləri [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar etdikləri] üçün Bizim onlara verdiyimiz cəzadır. Və Biz yalnız çox nankor olanları cəzalandırırıq.
18) Və Biz onlarla bərəkət verdiyimiz məmləkətlər arasında, arxaları bir-birinə [bitişik] şəhərlər meydana gətirmişdik. Və onlara da müntəzəm gediş-gəliş təşkil etdik: -Bu yerlərdə gecələr və gündüzlər əmin-amanlıq içində gedin-gəlin!-
19) Sonra da onlar: "Ey Rəbbimiz! Səfərlərimizin arasını uzaqlaşdır!" dedilər və səhv; öz zərərlərinə olan əməli işləyərək nəfslərinə zülm etdilər. İndi də Biz onları əfsanəyə çevridik və parça-parça dağıtdıq. Şübhəsiz ki, bunda, özünə verilən nemətlərin əvəzini çox ödəyən səbr edən hər kəs üçün əlbəttə işarətlər/nişanələr vardır.
20) Və and olsun ki İblis/zehin qabiliyyəti[#242] onlar haqqındakı zənnini təsdiq etdi və möminlərdən ibarət bir firqədən qeyriləri İblisə uydu.
21) Halbuki İblisin onların üzərində heç bir gücü yox idi. Lakin Biz axirətə imanı olanı, onun haqqında kifayət qədər məlumatı olmayandan ayıracaqdıq; onları işarələyib bildirəcəkdik. Və sənin Rəbbin hər şeyi yaxşıca qoruyandır.
22) De ki: "Allahın altındakılardan səhv inandığınız kəslərə yalvarın. Onlar göylərdə və yer üzündə zərrə ağırlığına malik olmazlar. Onlar üçün bu ikisində [göylərdə və yer üzündə] hər hansı bir şəriklik yoxdur. Onun üçün [Allah üçün] onlardan bir köməkçi də yoxdur."
23) Onun hüzurunda kömək, dəstək, şəfaət[#243] yalnız Onun icazə verdiyi kimsəyə faydalı olar. Nəhayət qəlblərdəki dəhşət aradan qaldırıldığı zaman: "Rəbbiniz nə dedi?" deyərlər. Onlar: "Haqqı" deyərlər. Və O, çox ucadır, çox böyükdür.
24) De ki: "Göylərdən və yerdən sizə kim ruzi verir?" De ki: "Allah! Və şübhəsiz ki, ya biz, ya da siz həqiqətən yönləndirilən doğru yol yoldayıq və ya açıq-aşkar bir azğınlıq içindəyik."
25) De ki: "Siz bizim işlədiyimiz günahlardan məsul olmazsınız. Biz də sizin etdiklərinizdən məsul olmarıq."
26) De ki: "Ey Rəbbimiz aramızı birləşdirəcək, sonra da haqq [olan] hökmü ilə aramızı ayıracaqdır. Və O, xeyir qapılarını açan, hökm verəndir, çox yaxşı biləndir."
27) De ki: "Ona şəriklər deyə qoşduqlarınızı mənə göstərin görüm! Qətiyyən sizin düşündüyünüz kimi deyil... Xeyr! Əksinə, O, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olan, ən yaxşı qanun qoyan, pozulmağın qarşısını yaxşı alan/möhkəm edən Allahdır."
28) Və Biz, səni ancaq bütün insanlara müjdə verən və xəbərdarlıq edən kimi göndərdik, lakin insanların çoxu bilmir.
29) Və onlar, "Əgər siz doğru danışırsınızsa, bu vəd etdiyiniz nə zaman?" Deyərlər.
30) De ki: "Sizin üçün günün müəyyən bir zamanı vardır ki, ondan nə bir saat belə nə geri qalar, nə də irəli keçə bilərsiniz."
31) Və o kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən kəslər], "Biz qəti olaraq, bu Qurana iman gətirməyəcəyik, ondan əvvəlkinə də..." dedilər. Sən şirk qoşaraq, küfr işləyərək səhv; öz zərərinə olan əməli işləyən o kəsləri öz Rəbbinin hüzurunda saxlanılıb bir-birinə söz qaytardıqları halda bir görsən! Zəif qalan kəslər, təkəbbürlü kəslərə: "Əgər siz olmasaydınız, həqiqətən bizlər mömin kəslər olardıq" deyəcəklər.
32) Təkəbbür göstərən kəslər, zəif qalan kəslərə: "Sizə bələdçi gəldikdən sonra sizi ondan bizmi döndərdik? Əksinə, siz özünüz günahkar oldunuz" deyəcəklər.
33) O zəif qalan kəslər də o təkəbbürlü kəslərə: "Əksinə, gecənin və gündüzün tələsi! Siz bizə Allaha inanmayaq və Ona bəzi şeyləri tay tutaq deyə əmr edirdiniz." deyəcəklər. Onlar əzabı gördükləri zaman peşmanlıqlarını gizlədəcəklər. Biz də o kafirlərin [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən o kəslərin] boyunlarına dəmir həlqələr keçirmişik. Onlar yalnız etdiklərinin əvəzini görürlər.
34) Və Biz hansı bir məmləkətə xəbərdarlıq edən [birini] göndərsək, həqiqətən oranın varlı və güclü, təkəbbürlü başbilənləri: "Biz sizinlə göndərilənləri/xəbərdarlığı bilərək rədd edənlərik/inanmayanlarıq" dedilər.
35) Və yenə dedilər ki: "Biz mal-dövlət və övlad baxımından daha çoxuq və biz əzaba uğrayası deyilik."
36) De ki: "Şübhəsiz ki, mənim Rəbbim istədiyi kimsənin ruzisini artırar və məhdudlaşdırar. Lakin insanların çoxu bilmir."
37) Və sizi hüzurumuza yaxınlaşdıran, mal-dövlətiniz və övladlarınız deyil. Ancaq kim iman edər və yaxşılaşdırmaq məqsədi ilə əməl işləyərsə, bax onların etdiklərinin əvəzi qat-qat artıq veriləcək. Və onlar, uca qəsrlərində əmin-amanlıq içində yaşayacaqlar.
38) Və ayələrimiz/işarətlərimiz/nişanələrimiz barəsində aciz qoymaq üçün [bir-biri ilə] yarışan o kəslər, əzab üçün hazır ediləcəklər.
39) De ki: "Şübhəsiz ki, mənim Rəbbim bəndələrindən istədiyi kimsənin ruzisini artırar və ona məhdudlaşdırar. Və siz hansı şeydən Allah yolunda xərcləsəniz/[başqalarının] məişətini təmin etsəniz, O, dərhal arxasını gətirər. Və O, ruzi verənlərin ən xeyirlisidir."
40) Və o gün Allah onları bir yerə yığacaq, sonra da mələklərə: "Bunlarmı sizə ibadət edirdilər?" deyəcək.
41) Onlar: "Səni pak tuturuq. Onlara qarşı bizim qoruyucu, yol göstərən yaxınımız Sənsən. Əksinə, onlar gizli güclərə ibadət edirdilər. Çoxu onlara inananlar idi" dedilər.
42) Artıq o gün bir-birinizə fayda və zərər verməyə qadir olmazsınız. Və Biz, şərik qoşmaq inanışına batan o kəslərə: "Təkzib etdiyiniz atəşin əzabını dadın görək!" deyərik.
43) Və açıq-aşkar dəlillər halında ayələrimiz oxunduğu zaman onlar: "Bu, yalnız sizi atalarınızın ibadət etdiyi məbudlardan uzaqlaşdırmaq istəyən adamdan qeyrisi deyil" dedilər. Və: "Quran uydurulmuş bir böhtandan başqa bir şey deyil" dedilər. Kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən] o kəslər, haqq onlara gəldiyi zaman: "Şübhəsiz ki, bu, açıq-aydın bir sehrdən başqa bir şey deyil" dedilər.
44) Və Biz onlara dərs alacaqları o kitablardan vermədik. Onlara səndən əvvəl xəbərdarlıq edən birini göndərməmişik də.
45) Onlardan əvvəlki kəslər də təkzib etmişdilər. Həm də bunlar, onlara verdiklərimizin onda birinə/mində birinə belə yetişməmişdilər. Buna baxmayaraq elçilərimi təkzib etdilər. Bax, Məni tanımamaq/tanıtmamağa çalışmaq necə oldu?
46) De ki: "Mən sizə yalnız bir şeyi; Allah üçün iki-iki, üç-üç və tək-tək qalxmağı, sonra da yoldaşınız Məhəmməddə dəlilikdən bir əsər olmadığını, onun, sadəcə şiddətli bir əzabdan əvvəl sizi çəkindirən bir xəbərdarlıqçı olduğunu düşünməyi tövsiyə edirəm."
47) De ki: "Mənim sizdən istədiyim muzd, bax o, sizin üçündür; sizin Allaha yaxınlaşmağınızdır. Mənim muzdum ancaq Allaha aiddir. Və O, hər şeyə şahiddir."
48) De ki: "Şübhəsiz ki, mənim Rəbbim, haqqı öz yerinə qoyar. O, görünməyəni, eşidilməyəni, hiss edilməyəni, gələcəyi, keçmişi ən yaxşı biləndir."
49) De ki: "Quran/Quranın ehtiva etdiyi həqiqətlər gəldi. Və batil [bir şeyə] başlaya bilməz və [bir şeyi] geri gətirə bilməz; artıq heç bir şey edə bilməz."
50) De ki: "Əgər mən yoldan azsam, artıq yalnız öz zərərimə azaram. Və əgər yönləndirildiyim doğru yolu tapsam, bilinməlidir ki, [bu] Rəbbimin mənə vəhy etməsi səbəbindəndir. Şübhəsiz ki, O, ən yaxşı eşidən, çox yaxın olandır."
51) Və sən onları qorxuya qapıldıqları zaman görəydin; artıq qaçmaq yoxdur. Və yaxın bir yerdən yaxalanmışlar.
52) Və onlar: "Ona iman etdik" dedilər. Lakin onlar uzaq bir yerdən heç əllərini uzada bilərmi/çata bilərmi?
53) Halbuki daha əvvəl dünyada Onu qəti surətdə bilə-bilə inkar etmişdilər/Ona inanmamışdılar. Uzaq bir yerdən boş-boş danışırdılar.
54) Artıq eynilə bundan əvvəl bənzərlərinə olduğu kimi, onlarla arzularının arasına maneə çəkilmişdir. Şübhəsiz ki, onlar qorxudan bir qəti olmayan, əskik məlumat içində idilər.