ət-Təkasur

1,2) Çoxaltmaqda bir-birinizlə yarışa girmək, qəbirlərə girənə qədər sizin başınızı qatdı.
3,4) Qətiyyən sizin fikirləşdiyiniz kimi deyil! Tezliklə biləcəksiniz. Yenə də, qətiyyən sizin fikirləşdiyiniz kimi deyil! Tezliklə biləcəksiniz.
5,6,7) Qətiyyən sizin fikirləşdiyiniz kimi deyil! Əgər tam yəqinliklə bilsəniz, şölələnərək yanan alovu mütləq görərsiniz. Bir müddətdən sonra onu, gözünüzlə gördüyünüz kimi, həqiqi sürətdə mütləq görəcəksiniz.
8) Sonra da həmin gün siz, nemətlər barəsində mütləq sorğu-sual olunacaqsınız.