əz-Zariyat

1,2,3,4,5,6) O sovurub dağıdanlar, arxasından ağırlığı daşıyanlar, sonra asanlıqla axanlar, sonra da bir əmri paylaşdıranlar[#278] dəlildir ki, şübhəsiz, təhdid olunduğunuz o şey, mütləq doğrudur. Şübhəsiz, edilənlərin əvəzinin verilməsi də mütləq gerçəkləşəcək.
7,8,9) Gözəl yollara sahib olan alimlər[#279] dəlildir ki, şübhəsiz ki, sizin qərarlarınız həqiqətən müxtəlifdir. Müxtəlif qərardan çevrilən kəs, çevrilər.
10,11,12) Məh voldu bir sərxoşluq və şüursuzluq içində olan, "Din günü nə vaxtdır?" deyən o həddindən artıq yalançılar!
13,14) O gün, atəşdə/cəhənnəmdə ağılları başlarına gətiriləcək: "Dadın öz-özünüzün atəşdə əriməyinizi! Bax bu, sizin tez gəlib çatmasını istədiyiniz şeydir!"
15,16,17,18,19,20,21) Şübhəsiz, Allahın mühafizəsi altına daxil olan kəslər, Rəbbinin onlara verdiyini almış olaraq bağçalarda və çeşmələr başında olacaqlar. Şübhəsiz ki, onlar, bundan əvvəl yaxşı-gözəl əməl işləyənlər idilər. Onlar gecələr çox az yatırdılar. Onlar, səhərlər əfv diləyirdilər və onların mallarında istəyən və istəməyən üçün bir haqq və heç tərəddüdsüz, yəqinliklə inanacaqlar üçün yer üzündə və sizin öz daxilinizdə neçə-neçə işarət/nişanə var idi. Hələ də görmürsünüz?
22) Və sizin ruziniz/sizə ruzi verən, sizə vəd olunan şeylər göydədir.
23) Elə isə göy və yer üzünün Rəbbinə and olsun ki, sizə edilən o vəd, mütləq, eynilə sizin danışmağınız kimi həqiqətdir.
24) İbrahimin möhtərəm qonaqlarının xəbəri sənə gəlib çatdımı?
25) O vaxt onlar İbrahimin yanına gəlikdə "Salam!" demişdilər. İbrahim: "Salam, qeyri-adi, şəxsiyyəti müəyyən olmayan kəslər!" dedi.
26,27) İbrahim, sonra ailəsinin yanına getdi və qızıl[#280] ilə qayıtdı. Sonra qızılı onlara yaxınlaşdırdı: "Nəsiblənmək istəmirsinizmi?" dedi.
28) Sonra onlardan çəkindi. Onlar: "Qorxma!" dedilər və onu çox bilikli bir oğul müjdəsi verdilər.
29) Belə olduqda qadını qışqıraraq qabağa çıxdı və əlini üzünə vuraraq: "Bir bəxtsiz, bir sonsuz!" dedi.
30) Qonaqlar: "Rəbbin belə buyurdu. Şübhəsiz ki, Rəbbin, haqsızlıq və qarışıqlığa yol verməmək üçün qoyulmuş qanun, düstur və qaydaları qoyandır. Ən yaxşı biləndir" dedilər.
31) Belə olduqda, İbrahim: "Sizin vacib işiniz nədir, ey elçilər?" dedi.
32,33,34) Elçiler: "Şübhəsiz ki, biz, Rəbbinin yanından, həddi aşanlar üçün işarələnmiş, palçıqdan bişirilmiş möhkəm daşları üstlərinə yağdırmaq üçün günahkar bir qövmə göndərilmişik" dedilər.
35,36,37) Bundan sonra Biz, möminlərdən orada olan kəsləri çıxartdıq. Fəqət Biz orada bir evdən başqa müsəlman tapmadıq. Və Biz orada ağrılı bir əzabdan qorxan kimsələr üçün bir işarət/nişanə qoyduq.
38,39) Musada da işarətlər/nişanələr vardır. Bir zaman Biz onu açıq-aşkar bir dəlillə Firona göndərdik, ancaq Firon ordusu, bütün gücü [güc mənbələri] ilə birgə üz döndərdi. Və "Bu, bir sehrbazdır, hətta gizli gücləri olan/dəli biridir" dedi.
40) Sonra da Biz, onu və ordularını yaxaladıq və onları bol suya/çaya atdıq. O isə məzəmmət edilən/qınayan biridir.
41,42) Ad [qövmündə] də işarətlər/nişanələr vardır. Bir zaman Biz onların üstünə, dəydiyi heç bir şeyi [salamat] qoymayan, onu kül kimi edən, qısır qoyan bir külək göndərdik.
43,44) Səmud [qövmündə] də işarətlər/nişanələr vardır. Bir zaman onlara: "Hələ ki, bir müddət bəhrələnin!" deyilmişdi. Sonra onlar Rəbbinin əmrindən çıxdılar və onları, gözləri baxa-baxa ildırım yaxaladı.
45) Artıq, onlar özlərini ayağa qaldıracaq hər hansı bir gücə sahib olmadılar. Kömək görənlərdən də olmadılar.
46) Daha əvvəl Nuh qövmünü dəyişikliyə/məhvə məruz qoymuşduq. Şübhəsiz ki, onlar, haqq yoldan çıxanlar qövmü idilər.
47) Və səma; Biz onu qüdrətlə/möhkəm bina etdik. Heç şübhəsiz ki, Biz, genişlədənlərik.
48) Və yer üzü; onu Biz döşədik. Bax, nə gözəl döşəyənlərik!
49) Və Biz, siz yaxşıca düşünəsiniz/öyüd alasınız deyə, hər şeydən iki tay yaratdıq.
50) Elə isə, Allaha tərəf qaçın, Allaha tərəf qaçın !!! Şübhəsiz ki, mən sizin üçün Onun tərəfindən açıq-aşkar xəbərdarlıq edən biriyəm.
51) Və Allah ilə yanaşı başqa bir tanrı qəbul etməyin. Şübhəsiz ki, mən sizin üçün Onun tərəfindən açıq-aşkar xəbərdarlıq edən biriyəm.[#281]
52) Bax belə, onlardan əvvəlkilərə bir elçi gəldikdə, onun barəsində də həqiqətən onlar: "Bir sehrbazdır!" və ya "Gizli gücləri olan/dəli biridir!" dedilər.
53) Onlar, bunu bir-birlərinə öhdəlik olaraqmı ötürürlər? Əksinə, onlar azğın bir qövmdür.
54,55) Artıq, sən onlardan üz döndər. Artıq, sən qınanası deyilsən. Və sən öyüd-nəsihət ver/xatırlat. Çünki şübhəsiz öyüd/xatırlatmaq möminlərə fayda verər.
56,57) Mən, bilmədiyiniz və bildiyiniz, gəlmiş-keçmiş hər kəsi yalnız Mənə ibadət etsinlər deyə əmələ gətirdim. Mən onlardan hər hansı bir ruzi istəmirəm. Mən, onların Məni yedirtmələrini də istəmirəm.
58) Şübhəsiz, çox ruzi verən məhz Allah Özüdür, çox böyük qüvvət sahibidir.
59) Artıq, şübhəsiz, şirk qoşaraq səhv, öz zərərlərinə olan əməli işləyənlər üçün yoldaşlarının payı kimi bir pay vardır. Artıq tələsməsinlər.
60) Artıq onlara vəd edilən gündən ötrü kafirlərin [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edənlərin] vay halına!