əl-Adiyat

1,2,3,4,5,6,7,8) Tövşüyə-tövşüyə qaçanlar, sonra alov saçanlar, sonra sübh çağı basqın edənlər, sonra orada toz-duman qoparanlar, sonra bir dəstənin ən dəyərli qaynaqlarına, varlıqlarına soxulanlar sübutdur ki, Həqiqətən insan Rəbbinə qarşı çox nankordur, Və özü də buna qəti surətdə şahiddir. Həqiqətən o, mal-dövlətə məhəbbəti ucbatından çox sərtdir.
9,10,11) Bəs o möhtəkir şəxslər, qəbirlərdə olanlar dirildilərək çölə atıldığı, sinələrdə olanlar yığılıb cəm edildiyi zaman, heç şübhəsiz o gün Rəblərinin onları həqiqətən xəbərdar edəcəyini bilmirlərmi?