əl-Cinn

1,2,3) De ki: Mənə vəhy olundu ki, şübhəsiz yadlardan bir dəstə Quranı dinləyib: "Şübhəsiz ki, biz, yetkinliyə çatmağa yol göstərən heyrət verici bir Quran dinlədik. Bundan ötrü, biz ona iman etdik və Rəbbimizə heç bir şeyi qətiyyən şərik qoşmayacağıq. Həqiqət budur ki, Rəbbimizin calalı çox ucadır. O, bir dişi yoldaş və də bir övlad götürməmişdir.
4,5) Və heç şübhəsiz "bizim ağlı kəsməyənimiz", Allah barəsində boş-boş şeylər söyləyirmiş. Doğrusu, biz, bildi-bilmədi hər kəsin Allah barəsində qətiyyən yalan deməyəcəyinə inanırdıq.
6) Həqiqətən də insdən; çox yaxşı tanıdığımız kəslərdən bəziləri, cindən; tanımadığımız yad kəslərdən bəzilərinə pənah aparırdılar. Beləliklə də, o yadlar, onların azğınlığını, axmaqlıqlarını artırırdılar.
7) Həqiqətən də onlar sizin inandığınız kimi, Allahın əsla heç kəsi peyğəmbər göndərməyəcəyinə/diriltməyəcəyinə inanmışdılar.
8,9,10) Və həqiqətən biz göyə toxunduq və onun güclü gözətçilər və parlaq alovlarla doldurulduğunu gördük. Və heç şübhəsiz ki biz göydən xəbər eşitmək üçün oturulan yerlərdə otururduq. Yaxşı, indi hər kim bir xəbər eşitmək istəsə, qarşısına, keşik çəkən parlaq bir alov çıxır. Biz də, yer üzündəkilərə bir pislik edilmək istənilir, yoxsa Rəbblərinin onlara bir yaxşılıqmı etmək istədiyini bilmirik.[#124]
11) Şübhəsiz bizlər; bizlərdən bir qismi salehlərdəndir, bizdən bəziləri də bunun aşağısındandır. Biz, növbənöv yollarda idik.
12,13) Və həqiqətən, Allahı yer üzündə əsla aciz qoya bilməyəcəyimizi, qaçmaqla da Onu əsla aciz qoya bilməyəcəyimizi yaxşıca dərk etdik. Və biz o yol göstərəni/Quranı dinlədiyimizdə ona iman etdik. Onun üçün kim Rəbbinə iman gətirsə, o haqqının əskik verilməsindən və haqsızlığa uğramaqdan/axmaq yerinə qoyulmaqdan, özünə həddindən artıq yük yüklənməsindən qorxmaz.
14,15) Və həqiqətən bizim vəziyyətimizə gəldikdə, bizdən müsəlmanlar da var, səhv; öz zərərinə olan əməli işləyənlər də var. Amma kimlər müsəlman oldusa, bax onlar doğruya, gözələ, yaxşıya, gerçəyə çatmağı axtaranlardır. Amma etiqad barəsində səhv; öz zərərinə olan əməli işləyənlərə gəldikdə, onlar da cəhənnəm üçün odun olacaqlar." demişdilər.
16,17) Və əgər onlar həqiqətən o yolda dümdüz getsəydi, əlbəttə onlara, özlərini saflaşdırmaq üçün bol su verərdik. Kim Rəbbinin zikrindən/Rəbbinin öyüdündən; Qurandan üz döndərsə, O da onu getdikcə çoxalan bir əzaba düçar edər.
18) Və şübhəsiz ki, məscidlər[#125] həqiqətən Allah üçündür. Ona görə də Allah ilə birlikdə hər hansı bir kəsə yalvarmayın.
19) Və bu bir həqiqətdir ki, Allahın qulu/Peyğəmbər Ona dəvət edərək ayağa qalxdığı/hərəkətə keçdiyi zaman o yadlardan bir dəstə onun ətrafında az qalsın bir-birlərinə bitişəcəkdilər.
20) De ki: "Mən mütləq Rəbbimə dua edirəm və heç bir şeyi Ona şərik qoşmuram!"
21) De ki: "Şübhəsiz ki, mən sizi bir zərərə və yaxşılığa, pisliyə, gözələ, doğruya aparmağa qadir deyiləm."
22,23) De ki: "Həqiqət budur ki, Allahdan məni, Allahdan [gələn şeylərin] təbliğ edilməsi və Onun elçiliyi vəzifələri xaricində heç kim heç vaxt qurtara bilməz. Mən Onun altındakılardan bir sığınacaq da heç bir zaman tapa bilmərəm. Artıq kim Allaha və Onun Elçisinə asi olsa, onun üçün cəhənnəm atəşi var. Onlar orada əbədi qalacaqlar.
24) Nəhayət təhdid edildikləri şeyi gördükləri zaman, kimin köməkçilər baxımından ən zəif və say baxımından da daha az olduğunu dərhal biləcəklər.
25,26,27,28) De ki: "O təhdid olunduğunuz şey tezliklə olacaqmı, yaxud Rəbbimin onun üçün uzun bir möhlət verəcəkmi, mən bilmirəm. Rəbbim, bütün görünməyəni, eşidilməyəni, hiss edilməyəni, keçmişi, gələcəyi biləndir. Və elçilərdən seçib razı olduğu kəslərdən başqa, göstərmədiyi, eşitdirmədiyi, hiss etdirmədiyi, keçmiş, gələcək barədə heç kimi məlumat sahibi etməz. Çünki O, Rəbbinin göndərdiklərini layiqincə təbliğ etdiklərini bilsin deyə onun hər tərəfindən gözətçilə göndərər. O, onların yanında olan hər şeyi əhatə etmişdir, hər şeyi də saymışdır."