əl-Maun

1,2,3) Axrətdə hər kəsin yaxşı-pis işlərinin əvəzini görəcəyini/Allahın ictimai sistemi nizamlayan qayda-qanunlarını inkar edən şəxsi gördünmü/heç düşündünmü? Yetimi itələyib qovan və yoxsulu yedirtməyə sövq etməyən kəs bax odur.
4,5,6,7) Artıq, qafil, etinasız, özünü göstərmək məqsədi ilə səlat edən [özünü maddi və yaxud zehni baxımdan dəstək olan; cəmiyyəti maarifləndirməyə çalışan biri kimi göstərən] və xırda şeylərin belə ehtiyac sahiblərinə çatdırılmasına mane olan kəslərin vay halına!