ən-Nəcm

1,2,3,4,5) Bölük-bölük nazil olan ayələrin hər enişini sübut gətirərəm ki, yoldaşınız yoldan sapmamış, azmamışdır. O, boş, gəlib keçən arzusundan da danışmır. Onun sizə dedikləri; nazil olan o bölük-bölük ayətlər, ona vəhy edilən vəhydən başqa bir şey deyil. O dediklərini yoldaşınıza fövqəladə qüvvələri olan, üstün ağıl sahibi, hökmranlığını qurmuş[#48] olan öyrətdi.
6,7,8,9,10,14,15,16,11,12) Və fövqəladə qüvvələri olan, üstün ağıl sahibi, hökmranlığını qurmuş olan, ən uca üfüqun sahibidir. Sonra da O; fövqəladə qüvvələri olan, üstün ağıl sahibi olan və hökmranlığını qurmuş olan keyfiyyət olaraq yaxınlaşdı və dərhal art arda vedrə sallandı/öbek öbek ayəler endi. Birində iki yay uzunluğu[#49] qədər, digərində də keyfiyyət olaraq daha yaxın olmuşdu. Dərhal O; fövqəladə qüvvələri olan, üstün ağıl sahibi olan və hökmranlığını qurmuş olan, ən uca üfüqun sahibi olan bəndəsinə, axırıncı gilas ağacının yanında -burada oturmağa layiq bir dincəlmə yeri var- vəhy buyurduğunu vəhy etdi.[#50] O zaman gilas ağacını bürüyən bürümüşdü. Bəndənin qəlbi, gördüyünü yalan saymadı. Onun gördüyü şey barəsində şübhəniz mi var/Onun gördüyü şey barəsində onunla mübahisəmi edirsiniz?
13,17,18) And olsun ki, onu başqa bir enişdə yenə gördü. Göz yanılmadı və həddi aşmadı. And olsun ki, Rəbbinin nişanələrinin/işarətlərinin ən böyüyünü gördü.
19,20) Belə olan halda, heç düşündünüzmü Lat və Uzzanı, digər üçüncü Mənatı?[#55]
21,22,23) Erkək sizin üçün, dişi Allah üçündür? Əgər bu, bu şəkildə olsa, əskik/ədalətsiz bir bölgüdür. Bunlar, Allah bunlar haqqında bir sübut nazil etmədiyi halda, sizin və atalarınızın qoyduğu adlardan başqa bir şey deyil. And olsun ki, Rəblərindən onlara doğru yolu göstərən gəldiyi halda, onlar sadəcə zənnə, bir də nəfslərinin xoşladığı şeylərə qapılırlar.
24,25,26,27,28) Yoxsa insan üçün istəyib xəyalını qurduğu hər şey varmı? Axirət də, dünya da Allahındır. Və göylərdə neçə-neçə mələklər[#56] var ki, yardımları, himayələri[#57] heç bir fayda verməz, ancaq Allahın istədiyi və razı qaldığı kimsəyə icazə verməsindən sonrakı hal istisna olmaqla. O axirətə inanmayanlar, mələklərə həqiqətən dişilərin adlarıyla ad verirlər. Halbuki onların bu barədə heç bir məlumatı yoxdur. Onlar yalnız zənnə qapılırlar. Zənn isə "haqq"dan heç bir şey qazandırmaz.
29,30) Bizim öyüdümüzdən/Qurandan əl çəkən və müvəqqəti dünya həyatından başqa bir şey istəməyən kəsdən dərhal uzaqlaş. Onların biliklərən əldə edəcəkləri şey elə budur. Şübhəsiz ki, sənin Rəbbin, yolundan azanı başqalarından daha yaxşı tanıyır, özünə göstərilən doğru yolda olanı da başqalarından daha yaxşı tanıyır.
31,32) Göylərdə nə varsa, yerdə nə varsa; əməlləriylə pislik göstərənləri cəzalandırmaq, yaxşılaşdıran-gözəlləşdirən kəsləri, bəzi kiçik xətalar xaricində böyük günahlardan və iyrənc əməllərdən çəkinib qaçan kəsləri də ən gözəl mükafatla mükafatlandırmaq üçün Allaha məxsusdur. Həqiqətən sənin Rəbbinin məğfirəti genişdir. Sizi, torpaqdan əmələ gətirəndə də, analarınızın bətnində rüşeymlər halında olduğunuz zamanda da ən yaxşı tanıyan Odur. Elə isə, nəfslərinizi təmizə çıxarmayın. Allahın mühafizəsi altına daxil olan kəsi O daha yaxşı tanıyır.
33,34,35,36,37,38,39,40,41,42,43,44,45,46,47,48,49) Yaxşı, o üz döndərən kimsəni gördünmü/heç fikirləşdinmi? O, bir azca verdi və indala möhkəm saxladı. Keçmiş və gələcək haqqında məlumatlar onun yanındadırmı ki, o da onları görsün? Yaxud Musanın səhifələrindəkilərdən xəbəri yoxmu? Və o çox vəfalı İbrahim’in səhifəsindəkilərdən? "Həqiqət budur ki, heç bir günahkar başqa bir günahkarın günahını daşımaz. Həqiqət budur ki, insan üçün zəhmət çəkib səy göstərdiyindən başqa şey yoxdur. Və onun zəhmət çəkib səy göstərməsi tezliklə məlum olacaq. Sonra əvəzi ona əskiksiz olaraq veriləcək. Heç şübhəsiz, axır dönüş yalnız Rəbbinədir. Heç şübhəsiz, güldürən də, ağladan da Odur. Heç şübhəsiz, öldürən də, dirildən də Odur. Heç şübhəsiz, yaratmağı planladığı zaman iki cütü; erkəyi və dişini bir toxumdan/spermadan əmələ gətirən də Odur. Heç şübhəsiz, digər yaradılış da yalnız Onun işidir. Heç şübhəsiz, varlandıran da, nemət içində üzdürən də Odur. Heç şübhəsiz, Şiranın/elmin, şüurun Rəbbi də Odur."
50,51,52,53,54,55) Şübhəsiz ki, sənin Rəbbin, əvvəl gələn Ad qövmünü dəyişdirdi, məhv etdi. Səmudu da. Beləliklə, geriyə bir şey buraxmadı. Daha əvvəl də Nuhun qövmünü. Həqiqətən onlar, bəli onlar, Allahın şəriklərinin olduğunu qəbul edərək başqalarından daha çox xəta eləyən, daha azğın kəslər idi. Alt-üst olmuş şəhərləri də O, yerə batırdı. Oranı bürüyən bürüdü. Yaxşı, Rəbbinin gücü çatanların; bənzərsiz gücünü, bənzərsiz nemətlərinin hansından şübhə edirsən?
56) Quranda deyilənlər, əvvəlki xəbərdarlıqlar kimi bir xəbərdarlıqdır.
57,58) Yaxınlaşan; qiyamət, ölüm yaxınladı. Allahın altındakılardan heç kəs, onu dəf edə bilməz/ona mane ola bilməz.
59,60,61) Yaxşı, indi siz bu kəlama təəccübmü edirsiniz? Və gülürsünüz, ağlamırsınız. Və siz, ağlınızı layiqincə işlətməyən kəslərsiniz.
62) Haydı, boyun əyib Allaha ram olun və bəndəlik[#58] edin.