əş-Şərh

1,2,3,4) Biz, sənin üçün, sənin köksünü açmadıqmı? Ağır yükünü səndən götürmədikmi? -O yük sənin belini bükmüşdü.- Sənin ad-sanını da sənin üçün ucaltmadıqmı?
5,6) Deməli, çətinliyin yanında mütləq bir asanlıq var. Çətinliyin yanında bir asanlıq mütləq var.
7,8) Elə isə boş qalan kimi dərhal yeni bir şeyə başla. Və arzularını yalnız Rəbbinə yönəlt.