7)

Günəş qatlanıb büküləndə, Ulduzlar bulananda, Dağlar hərəkətə gətiriləndə, Mənfəətlər və ən yaxşı gəlir mənbələri[#32] işə yaramayanda, Canlılar öz xilqətlərini itirəndə,[#33] Dənizlər qaynadılanda, İnsanlar etiqadına və əməllərinə görə qrup-qrup bölünəndə,[#34] Zar-zar zarıldadılanlardan,[#35] "hansı günahlarına görə öldürüldükləri/həyatlarının məhv edildiyi" soruşulanda, Əməl dəftərləri açılıb yayılanda, Göy siyrilərək açılanda, Cəhənnəm alovlandırılanda, Və cənət yaxınlaşdırılanda hər kəs nə tədarük etdiyini biləcək.